Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın oldu - VİDEO

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın oldu - VİDEO
Video
Sosial 118

Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, dərhal FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər