Namik Xıdırov: “Şəkidə açıq meşə sahəsində fındıq bağı salınır” - FOTO

Namik Xıdırov: “Şəkidə açıq meşə sahəsində fındıq bağı salınır” - FOTO
Foto
Sosial 200

“Ecofront” qeyri-hökumət təşkilatı “Facebook” səhifəsində Şəkinin Bideyiz kəndi yaxınlığında meşə zolağının məhv edilməsi ilə bağlı paylaşım edib.

BAKU.WS paylaşımı olduğu kimi təqdim edir:

“Bu gündən Şəkinin Bideyiz kəndi yaxınlığında meşələrin irimiqyaslı kürünməsinə yenidən başlanılıb. Keçən il bu layihəni ictimaiyyətin dəstəyi ilə yarım saxlaya bildik.

Heç kəs cəzalanmadı, amma dayandılar. İndi yenidən iştaha gəliblər. Əraziyə çoxlu sayda ağır texnika cəlb edilib. Vaxtında dayandıra bilməsək, hər keçən gün hektarlarla meşə zolağını itirəcəyik.

Sonda isə ETSN deyəcək ki, “dəymiş ziyanın hesablanması və təqsirkarların aşkar edilməsi və cəzalandırılması istiqamətində işlər davam etdirilir”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı xidmətinin rəisi Namik Xıdırov BAKU.WS-ə bildirib ki, Milli Meşə Proqramına uyğun olaraq açıq meşə sahələrində aqrobağların salınması üçün şərait yaradılır, Şəkinin Bideyiz kəndi yaxınlığındakı açıq meşə sahəsində də fındıq bağı salınır.

O qeyd edib ki, meşə fondunun istifadəsiz qalmış açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpaqları icarəyə verilə bilər:

“Hazırda meşə ərazilərinin açıq sahələrində aqrobağların və sənaye əhəmiyyətli meşələrin salınması işləri həyata keçirilir. Bu da meşə örtüyünün artması ilə yanaşı yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, ixrac potensialının yüksəlməsinə və ərzaq bolluğuna səbəb olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər

Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

3171 Sosial 14:16 07 may 2020

Son xəbərlər