Xocalıya köçəcək sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
Xocalı rayonunun Pirlər kəndində yerləşən 40 fərdi yaşayış evi təmir olunacaq.
BAKU.WS-in məlumatına görə, təmir işlərini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti həyata keçirəcək.
Layihənin ehtimal olunan dəyəri 2 milyon 532 min manat təşkil edir.
İşlər çərçivəsində yaşayış evlərinin fasadlarında köhnə suvaqların sökülməsi, yeni sement-qum məhlulu ilə suvanma işləri, dekorativ örtüklərin çəkilməsi və suya davamlı boyalarla rənglənməsi nəzərdə tutulur. Həmçinin tikinti işlərinin aparılması üçün müvəqqəti ayaqaltılar quraşdırılacaq, evlərin ətrafında isə sel və yağış sularının axıdılması üçün xüsusi səkilər tikiləcək.
Layihənin əsas məqsədi Pirlər kəndindəki yaşayış fondunun yenilənməsi və sakinlər üçün daha rahat yaşayış şəraitinin yaradılmasıdır.
Oxşar xəbərlər
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar...
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 10 May və Xırman küçələrində yolun vəziyyəti sakinlərin narazılığına səbəb olub. Baku TV-nin məlumatına...