Xocalının Təzəbinə, Ballıca və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb

Xocalının Təzəbinə, Ballıca və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb
Foto
Sosial 43

İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam edir.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 28-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanları Ağdamdan Xocalının Ballıca, Təzəbinə və Badara kəndlərinə yola salınıb.

Bu mərhələdə Ballıca kəndinə 13 ailə - 51 nəfər, Təzəbinə kəndinə 17 ailə - 72 nəfər, Badara kəndinə isə 17 ailə - 62 nəfər köçürülür.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Xocalının Təzəbinə, Ballıca və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb

Son xəbərlər