Xocalının Ballıca kəndində ilk körpə dünyaya gəlib
04
fev
2025
09:55
İşğaldan azad edildikdən sonra Xocalı rayonunda ilk körpə dünyaya gəlib. BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Doğulan körpənin çəkisi 3,600 qr., boyu 51 sm. olub. Ana və körpəsi təcili tibbi yardım briqadası vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Doğum Evinə hospitalizasiya olunub.
Hazırda körpənin və ananın tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir, vəziyyətləri stabildir. Qeyd edək ki, Xocalı rayonunun Ballıca kənd sakini S.Məmmədovanın hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daim diqqətdə saxlanılıb.
Xocalı rayon sakini, 1996-cı il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi körpə oğlan övladıdır.
Oxşar xəbərlər
Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında sistem şlanqı tapılmır?
Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu. Valideyn bu iddia ilə sosial şəbəkədə paylaşım edib. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki...