Xəzərdə gəmilərin fəaliyyəti bərpa edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən etibarən “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin (ASCO) donanmasına daxil olan gəmilər Xəzər akvatoriyasında eyni qaydada fəaliyyətlərini bərpa edib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu haqda “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib.
Onun sözlərinə görə, hava şəraitinin küləkli olduğu təqdirdə gəmilərə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi haqqında xəbərdarlıq göndərilir.
"Bu vaxt küləkli hava nəzərə alınaraq həmin günlər gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olunur", - deyə qurum rəsmisi bildirib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...