Xəzər dənizində su səviyyəsi AZALIR - XƏBƏRDARLIQ

Son illərdə Xəzər dənizində su səviyyəsində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur.
BAKU.WS xəbər verir ki, ekspertlər bildirir ki, bu tendensiya ekosistem, iqtisadiyyat, balıqçılıq, sahil infrastruktur və sahil əhalisi üçün ciddi nəticələrə səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, suyun azalması sahil eroziyasını və torpağın çatlamasını artırır, balıq və digər su canlılarının yaşayış sahəsini məhdudlaşdırır. Liman və dəniz nəqliyyatında çətinliklər yaranır, balıqçılıq sənayesində məhsuldarlıq azalır.
Bundan əlavə, sahil ərazilərində yaşayan insanlar üçün su və qida təminatında problemlər yarana bilər. Suyun azalması mikroiqlim dəyişikliyinə və bəzi xəstəliklərin yayılma riskinə də səbəb ola bilər.
Ekspertlər Xəzər hövzəsində suyun səviyyəsinin stabilliyi üçün regional əməkdaşlıq və davamlı idarəetmə tədbirlərinin vacibliyini vurğulayır və əhalini, sənaye subyektlərini diqqətli olmağa çağırır.
Oxşar xəbərlər
QHT Agentliyi 2026-cı il üzrə qrant müsabiqələri elan edir
Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib. BAKU.WS xəbər verir ki, müsabiq...
