Xətai rayonunda istilik problemi nə vaxt həll ediləcək?
29
noy
2024
08:06
Paytaxtın Xətai rayonu, Polad Həşimov küçəsindəki iki binanın sakinləri istiliksiz qalıb.
İstilik verilməsi prosesi noyabrın 15-də başlasa da, bu binalara istilik hələ də verilməyib. Sakinlər iddia edirlər ki, problemin qaynağı ərazidəki parkla əlaqəlidir.
Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-dən "Xəzər Xəbər"ə bildirilib ki, ərazidə qəza baş verib və ən qısa müddət ərzində məsələ öz həllini tapacaq.
Sakinlər ümid edir ki, işlər qısa vaxt ərzində yekunlaşacaq.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Salyan sakinlərinin yol PROBLEMİ: "Palçığın içində itib-batmışıq"
Salyan şəhərinin "Stansiya" adlanan yaşayış massivində yaşayan sakinlər illərdir yolsuzluq problemindən əziyyət çəkirlər. Söhbət şəhərin 20 Yanvar küçəsindən ge...