XƏBƏRDARLIQ - Bunları satan da alan da CƏZALANDIRILIR
Son zamanlar sosial şəbəkələrdə müxtəlif qruplar və hesablar vasitəsilə soyuq silahların - müxtəlif bıçaqların və digər silah növlərinin satış təkliflərinə tez-tez rast gəlinir. Hətta bu cür elanların bəyənmə və şərh sayı çox olur ki, bu da alıcı marağının yüksək olduğunu göstərir.
Maraqlıdır,belə qanunsuz satış edənlərə qarşı hansı addımlar atılır, onları nə cəzalar gözləyir?
Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli BAKU.WS-ə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə açıq-aşkar soyuq silah satışı ilə məşğul olan səhifələr daim nəzarətdə saxlanılır və həmin şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Həmin əməliyyatlar və profilaktiki tədbirlər barədə məlumatlar ictimaiyyətə təqdim olunur.
Onun sözlərinə görə, Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən müəyyən edilən istisna hallardan başqa qanunsuz olaraq soyuq silah, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə qanunla qadağan olunur. Bu əməlləri törədən şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunurlar.
"Əməllərində digər cinayət əməllərinin tərkibi olmayan şəxs, könüllü sürətdə soyuq silahı təhvil verərsə cinayət məsuliyyətindən azad edilir. Əgər polis əməkdaşları tərəfindən hər-hansısa bir şəxsin üzərində müvafiq icazəsi olmayan soyuq silah aşkarlanarsa, həmin şəxs barədə dərhal tədbir görülür", - deyə Lumu İsrəfilli açıqlamasında vurğulayıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Bu şəxslərin işdən çıxarılmasına görə cinayət məsuliyyətinin müəyyən edilməsi təklif edilib
"Ailə vəzifələri olan işçilərlə bağlı anlayışın qanunvericiliyə daxil edilməsi diqqətəlayiqdir". BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Ailə, qadın və uş...