Xəbərdarlıq: Bu ərazidə avtomobil saxlamaq olmaz

Xəbərdarlıq: Bu ərazidə avtomobil saxlamaq olmaz
Sosial 1505

 

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir.

Şirkətdən BAKU.WS-ə verilən məlumata görə, aprelin 7-i axşam saatlarından etibarən Əziz Əliyev küçəsində yolun kənarına baryerlərin quraşdırılmasına start veriləcək. Burada quraşdırma işləri nəqliyyat hərəkətinin sıx olmadığı saatlarda (22:00-dan 06:00-dək) aparılacaq.

Paytaxt sakinlərindən göstərilən müddətdə trekin bu hissəsində avtomobili saxlamamaq xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneçilik törədən nəqliyyat vasitələri evakuatorla yaxın ərazidəki parklanma yerlərinə aparılacaq.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Formula 1 yarışlarına görə bu yollarda avtomobil saxlamaq olmaz

Formula 1 yarışlarına görə bu yollarda avtomobil saxlamaq olmaz

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib. Şirkətdən verilən məlumata görə, Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyy...

1328 Sosial 15:59 03 aprel 2017

Son xəbərlər