Xankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik?
Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində keçirilən müzakirələrdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən iri infrastruktur layihələri barədə yeni məlumatlar açıqlanıb.
BAKU.WS xəbər vetir ki, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, eləcə də Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, "Dəmir yolu və avtobus terminalı" layihəsi üzrə işlər mərhələli şəkildə davam etdirilir.
Məlumata görə, 28 kilometr uzunluğa malik Ağdam-Xankəndi dəmir yolu xəttində layihələndirmə işlərinin 90 faizi artıq tamamlanıb, tikinti işləri isə 51,1 faiz səviyyəsinə çatıb. Eyni layihə çərçivəsində inşa edilən Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksində də dizayn mərhələsi 90 faizlik icra göstəricisinə, tikinti işləri isə 40 faizlik tamamlanma səviyyəsinə yüksəlib.
Çıxışda vurğulanıb ki, yenidənqurma və şəhərsalma proseslərində vətəndaşların və sahə üzrə mütəxəssislərin iştirakına xüsusi önəm verilir. Eyni zamanda qərarların qəbulu zamanı şəffaflıq və hesabatlılıq prinsipləri əsas prioritetlər kimi müəyyən edilir.
Oxşar xəbərlər
Daşaltı turizm kəndi kimi fəaliyyət göstərəcək
Şuşanın Daşaltı kəndi turizm kəndi kimi fəaliyyət göstərəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WU...