Xankəndiyə ilk qar yağıb
28
dek
2025
11:25
Dekabrın 28-də Xankəndi şəhərinə mövsümün ilk qarı yağıb. Axşam saatlarından yağan qar şəhərə qış ab-havası gətirib, küçə və parklar ağ örpəyə bürünüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyatın maneəsiz hərəkəti üçün yolların təmizlənməsi istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, o...