Xalq şairi Süleyman Rüstəmin doğum tarixidir
Yeniliklərdən dərhal xəbərdar olun
Dramaturq, ictimai xadim, Stalin mükafatı laureatı, Xalq şairi Süleyman Rüstəmin bu gün doğum tarixidir.
Rüstəmzadə Süleyman Əliabbas oğlu (Süleyman Rüstəm) 1906-cı ildə Bakının Novxanı kəndində anadan olub. ADU-nun şərq fakültəsinə daxil olub, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülüb. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilib. Azərbaycan SSR biricni çağırış Ali Sovetinə deputat seçilib, bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat kimi fəaliyyət göstərib.
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru işləyib. Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki "Qırmızı Əmək Bayrağı" ordeni və bir sıra medallarla təltif edilib. Azərbaycan SSRİ Ali Sovetinin sədri vəzifəsini tutub.
Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.
O, "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun", "Ana və poçtalyon", “Təbrizim”, “Könlümə Təbriz düşdü”, “İşıq” və başqa şeirlərin, "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki", “Ələmdən nəşəyə” və başqa kitabların müəllifidir.
Süleyman Rüstəm 1989-cu il iyunun 10-da Bakıda vəfat edib.
Oxşar xəbərlər
İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi- SİYAHI
Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncama əsasən bir nəfər 2-ci dərəcəli “V...