Xaçmazda bina evində yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz Rayon İcra Hakimiyyəti çoxmənzilli yaşayış binalarının dam örtüyü və fasadlarının əsaslı təmiri ilə bağlı satınalma elan edib.
BAKU.WS-in məlumatına görə, layihənin ehtimal olunan dəyəri 633 min manat təşkil edir.
Layihəyə əsasən, Xaçmaz şəhərində Nəriman Nərimanov, General Hüseyn Rəsulbəyov, İmadəddin Nəsimi H.Z. Tağıyev və digər küçələrdə yerləşən çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri görüləcək.
Layihə çərçivəsində köhnə dam örtükləri söküləcək, yararsız taxta konstruksiyalar yenilənəcək, tikinti tullantıları ərazidən daşınacaq. Bundan sonra yeni dam konstruksiyası qurulacaq və dam örtüyü tamamilə yenilənəcək.
Qeyd edək ki, məqsəd binanın istismar vəziyyətinin yaxşılaşdırılması, yağış və digər hava şəraitindən yaranan problemlərin aradan qaldırılması, həmçinin yaşayış binasının təhlükəsizliyinin artırılmasıdır.
Oxşar xəbərlər
Bakının bu qəsəbəsində uşaqlar və yaşlılar təhlükədədir
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yolların bərbad vəziyyətdə olması sakinlərin gündəlik hərəkətini çətinləşdirib. Bu barədə Bakı sakini Fatma Novruzova...