Xaçmazda 1,5 milyon manatlıq abadlıq işləri görüləcək
Xaçmaz Rayon İcra Hakimiyyəti 2025-ci ildə rayonda genişmiqyaslı abadlıq işlərinin görülməsi üçün tender elan edib.
BAKU.WS-in məlumatına görə, elanda qeyd olunub ki, ümumi işlərin dəyəri təxminən 1 milyon 536 min manat təşkil edir.
Abadlıq işləri əsasən Xudat şəhərində, Heydər Əliyev prospektində yerləşən parkı əhatə edəcək. Burada işıq dirəklərinin, heykəllərin, zibil qablarının, skamyaların və tamet örtüklərinin təmiri nəzərdə tutulur. Bununla yanaşı, müxtəlif tikinti və təmir işləri də aparılacaq.
Qeyd edək ki, bu layihənin məqsədi şəhər infrastrukturunun yenilənməsi və sakinlər üçün daha komfortlu mühitin yaradılmasıdır.
Oxşar xəbərlər
"Space" TV-yə yeni bədii rəhbər təyin olundu
"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub. BAKU.WS Olke.az-a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvaf...