WhatsApp-da yalan xəbər yayanlar müəyyənləşdiriləcək
06
noy
2018
09:21
Hindistan hökuməti "WhatsApp" messencerində yalan xəbərlər yayan istifadəçilərin şəxsiyyətinin və olduğu yerin müəyyənləşdirilməsini tələb edir.BAKU.WS ICTnews-a istinadən bildirir ki, məlumata görə, "WhatsApp" şirkətinin baş direktoru Kris Deniels və Hindistanın rabitə və informasiya texnologiyaları naziri Ravi Şankar Prasad arasında görüş keçirilib. Nazir hökumətin istəyini şirkət rəhbərinin diqqətinə çatdırıb.Onun sözlərinə görə, messencerdən məlumatların deşifrlənməsi tələb olunmur. Söhbət zorakılığa təhrik edən yalan xəbərlərin yayılmasında təqsirləndirilən insanların şəxsiyyətinin və İP ünvanlar almasının müəyyənləşdirilməsindən gedir.Bildirilir ki, K.Deniels məsələ ilə bağlı son qərarını açıqlamayıb. O qeyd edib ki, ilin sonunadək "WhatsApp"da Hindistanda vəziyyətə nəzarət edəcək və yalan məlumatların göndərilməsinin qarşısının alınması üzrə plan hazırlayacaq xüsusi bölmə yaradılacaq.Zorakılığa təhrik edən təsdiq edilməmiş məlumatların yayılması Hindistan cəmiyyətinin messencerdə əsas problemidir. Yalan məlumatlara görə son aylar ərzində təxminən 30 nəfər linç edilib.Əhalisinin sayı 1,3 milyard nəfər təşkil edən Hindistanda "WhatsApp"da qeydiyyatdan keçən istifadəçilərin sayı 200 milyona bərabərdir.BAKU.WS
Oxşar xəbərlər
“WhatsApp” bu telefonlarda olmayacaq - SİYAHI
Dünyanın ən böyük mesajlaşma tətbiqi “WhatsApp” bəzi köhnə telefon və sistemlərə dəstək olmayacaq. BAKU.WS interaz-a istinadən xəbər verir ki, bu həftə 7 yaşını...