“WhatsApp”da yayılan bu mesaj təhlükəlidir

“WhatsApp”da yayılan bu mesaj təhlükəlidir
Şou-biznes 3964
Son günlər “WhatsApp” istifadəçilərinə gözdən əlil uşağın fotosu göndərilir.BAKU.WS-in Xəzər TV-yə istinadən məlumatına əsasən, ardınca gələn səsli mesajda isə bu uşağın Almaniyada kor olaraq doğulduğu, “WhatsApp” şirkətinin hər paylaşıma görə 20 sent qazandığı və fotonun daha çox paylaşılacağı halda körpənin əməliyyat xərcləri şirkətə tərəfindən ödəniləcəyi bildirilir.İKT üzrə mütəxəssis Samir Kərimov deyir ki, bu tip fotoların və mesajların paylaşılması ilə “WhatsApp” heç bir əlavə gəlir əldə etmir və şirkətin bu mesajlarla bağlı rəsmi açıqlaması var.Samir Kərimovun sözlərinə görə, bəzi hallarda bu tip mesajlar xüsusi linklərlə göndərilir ki, həmin linklərə girən istifadəçilərin şəxsi məlumatları da oğurlana bilər.İnsanların isə bu mesajlara yanaşması birmənalı deyil.Mütəxəssislər bildirir ki, bu tip saxta mesajların qarşısını almaq elə istifadəçilərin öz əlindədir. Bu məlumatları paylaşmaq lazım deyil.BAKU.WS

Oxşar xəbərlər

“Coca-Cola”dan əhalini təşvişə salan “WhatsApp” mesajıyla bağlı AÇIQLAMA (VİDEO)

“Coca-Cola”dan əhalini təşvişə salan “WhatsApp” mesajıyla bağlı AÇIQLAMA (VİDEO)

Coca-Cola” şirkəti bu gün yüzlərlə insana "WhatsApp” mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama yayıb. Şirkətdən Lent.az-a g...

18042 Sosial 09:24 09 sentyabr 2017

Son xəbərlər