Vətən müharibəsi qazisi “Adım səhvən şəhid olanların siyahısına düşmüşdü” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-də yayımlanan “44 gün” verilişinin növbəti buraxılışı efirə gedib.
Verilişdə Vətən müharibəsi qazisi İlham Mehdiquliyev keçdiyi döyüş yolundan danışıb.
44 günlük müharibənin ilk günlərindən cəbhəyə yollanan qazi qeyd edib ki, onun adı səhvən şəhid olanların siyahısına düşüb:
“Hərbi hissəyə göndərilən siyahıda mənim də adım var idi. Travmatologiya İnstitutunda olanda mənə zəng edib dedilər ki, neçə gündür elə bilirik şəhid olmusan”.
İ.Mehdiquliyev Şuşanın azad edilməsi xəbərini aldığı andan da bəhs edib:
“Tikişlərimin sökülməsi üçün hospitala qayıdanda hərbçilərdən birilə cəbhədəki vəziyyətdən danışarkən dedi ki, Şuşa artıq azad olunub. Şəhəri ancaq təyyarələrlə, artilleriya ilə ala biləcəyimizi düşünürdük. Ordumuzun Şuşanı kiçik çaplı silahlarla azad etməsi böyük şücaət idi”.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...