Vaqif Əsədov: “Plyonkaya görə heç bir cərimə olmayacaq”
28
may
2019
14:57
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi son günlər gündəmə gələn məsələ ilə bağlı suallara aydınlıq gətirib. Bildiyiniz kimi son günlər Bakıda qabaq alın və bütün qapıların yan şüşələrini plyonka ilə bağlayan sürücülərin sayı artıb. Həmin maşınları nümunə göstərən digər sürücülər haqlı olaraq sual verirlər. "Plyonkaya icazə verilirmi? Cəriməsi varmı?"BAKU WS xəbər verir ki, bu kimi suallara Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov cavab verib.Şöbə rəisi bildirib ki, avtomobillərin arxa qapılarına pərdə və plyonka çəkilməsinə görə sürücülər barədə inzibati qaydada təmbeh tədbiri görülməyəcək. Yəni yol polisi belə avtomobilləri idarə edən sürücülərə qarşı cərimə tətbiq etməyəcək."Lakin bir daha bildirirəm ki, söhbət yalnız arxa sağ və sol qapı şüşələrindən gedir."Qeyd edək ki, minik avtomobillərinin şüşələrinin tündləşdirilməsi “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:Küləyə qarşı şüşələr üçün - 75 %Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 %Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.Ziya Babayev
Oxşar xəbərlər
Vaqif Əsədovdan plyonkalarla bağlı XƏBƏRDARLIQ
Son günlər şəhərdə əksər sürücülər maşınların yan şüşələrinə plyonkalar vurmağa başlayıblar.Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsilə əlaqə saxlad...