Vaqif Əsədovdan plyonkalarla bağlı XƏBƏRDARLIQ
27
may
2019
17:38
Son günlər şəhərdə əksər sürücülər maşınların yan şüşələrinə plyonkalar vurmağa başlayıblar.Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, qanunda elə bir dəyişiklik yoxdur.“Yol Hərəkəti Haqqında qanuna əlavə və dəyişikliklər edilməyib. Bizim sürücülər fürsətdən istifadə edirlər yəqin. Kimsə mövsümü pərdə vurulması ilə bağlı məsələdən istifadə edirlər.Yol hərəkəti Haqqında qanuna edilən 1 saylı əlavədə yalnız mövsümlə əlaqəli pərdə və jalüzə icazə verilir. Plyonka vurulursa, bu artıq qanunun tələbinin pozulmasıdır”, - deyə Vaqif Əsədov bildirib.Qeyd edək ki, hazırda maşınların yan şüşələrinə plyonka vuranlar qayda pozuntusuna yol vermiş hesab edilirlər.Ziya SƏCCAD
Oxşar xəbərlər
Avtomobilin yan şüşəsinə plyonka çəkməyə icazə varmı? - DYP-dən AÇIQLAMA
May ayının 1-dən noyabrın 15-dək Azərbaycanda minik avtomobillərinin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanan jalüzlərin vurulmasına icazə verildiyindən...