Tural Yusifov: “Yol polisi sürücüləri jalüzə görə cərimə edə bilməz”

Tural Yusifov: “Yol polisi sürücüləri jalüzə görə cərimə edə bilməz”
Sosial 28494
Bu gündən Azərbaycanda avtomobillərdə pərdə və jalüzlərdən istifadə edilməsinə qadağa qoyulub. Yol polisinin xəbərdarlığına əsasən belə sürücülər 150 manat miqdarında cərimələnirlər.Lakin ekspertlər burada bir məntiqsizliyin hökm sürdüyünü bildirirlər. "Avtostop” verilişinin aparıcısı Tural Yusifov BAKU.WS-ə bildirib ki, əslində jalüzlər qanunla qadağan deyil.Buna görə də, qanunda 150 manat cərimə nəzərdə tutulmayıb. Heç bunun cəriməsi də yoxdur. İnzibati Xətalar Məcəlləsində, hansıkı yol polisləri cərimə yazırlar, orada pərdə və plyonka cəriməsi 150 manatdır. Jalüzin cəriməsi isə yoxdur.
“Heç bir standart Yol Hərəkəti Haqqında Qanunun bir saylı əlavəsinin 7-ci bəndindən üstün deyil. Bu bənddə açıq-aydın yazılıb ki, nəqliyyat vasitələrinin şüşələrinə sənaye üsuli ilə hazırlanan jalüzlərin taxılmasına icazə var.Heç bir standart ondan üstün ola bilməz. Ən əsası Azərbaycanın tərəfdaş çıxdığı konversiyalarda jalüz ilə bağlı bir qadağa yoxdur. Azərbaycan qanunları ilə də jalüz qadağan deyil. Jalüzə görə cərimə yoxdur”, - deyə Tural Yusifov bildirib.Ekspert deyir ki, burada məntiqsizlik var:“Burada bir məntiqsizlik var. İşıqforun qırmızı işığından keçən sürücü 60 manat cərimə olunur, lakin jalüzə görə 150 manat yazır.“Qarşı yola çıxma 100 manat cərimə olunur. Təhlükəsizlik kəmərini taxmayan 40 manat cərimə olunur. Halbuki adam kəməri taxmasa, ölə bilər. Lakin jalüz cəriməsi 150 manat məbləğində olur?
İndi hansı təhlükəlidir? İşıqforun qırmızı işığında keçmək, yoxsa jalüzdən istifadə? Təbii ki, qırmızı işıqdan keçəndə ölüm baş verə bilər. Bu məntiqsizlik hələ də davam edir.Hələlik jalüz taxmağa görə ölüm hadisəsi baş verməyib”, - deyə Tural Yusifov bildirib.Ekspertin sözlərinə görə, yol polisinin 342.5-ci maddəyə əsasən yazdığı cərimədə göstərilir ki, nəqliyyat vasitəsinin şüşələrinə qadağan edilən örtük vasitələrinin çəkilməsi qadağandır. Tural Yusifov burada uyğunsuzluq olduğunu vurğulayıb:
“Yol polisi deyə bilər ki, jalüz də örtükdür. Yox, elə deyil. Örtüyün dəqiqləşdirilməsi Yol Hərəkəti Haqqında Qanunun 100 saylı əlavəsinin 7-ci bəndində yazılıb. Burada örtüklər plyonka və pərdə kimi göstərilir. Bir sözlə, jalüz taxıla bilər və onun mövsümü yoxdur. Ona görə də, jalüzə görə cərimə də yoxdur”.Tural Yusifovun fikrincə, yol polisi sadəcə sürücülərdən jalüzlərlə bağlı tövsiyyə verə bilər:“Tövsiyyə edə bilərlər ki, vurmayın. Razıyam bu zaman cinayətkar maşında gizlənə bilər. Lakin indiyə qədər Azərbaycanda cinayətkarlar jalüz arxasında gizlənməyib. Belə bir fakt da yoxdur”.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər