Vaksin vurdurmayan tələbə və müəllimlərlə bağlı AÇIQLAMA - VİDEO

Vaksin vurdurmayan tələbə və müəllimlərlə bağlı AÇIQLAMA - VİDEO
Video
Sosial 291

Azərbaycanda təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib.

BAKU.WS xəbər verir ki, təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bu barədə açıqlama verib.

Nazir bildirib ki, ölkədə vaksinasiya olunanların sayı artmaqdadır və bu sayın artması ümumi vəziyyətə müsbət təsir edir.

Emin Əmrullayev onu da vurğulayıb ki, yaşı 18-ə çatmış tələbələr və bütün tədris müəssisələrinin işçiləri vaksin vurdurmalıdır:

“Hələ də bəzi müəllimlər var ki, vaksin vurmaqdan imtina ediblər. Əgər fərdi insanlarda əks göstəriş varsa, insanı məcbur edə bilmərik ki, vaksin vurdursun. Lakin bu, istəyə bağlı yox, təhsil sisteminə bağlı olmalıdır. Biz təhsilin davamlı olmasını istəyiriksə, qaydalara əməl etməliyik. Bununla bağlı hər hansı güzəşt etməyi planlaşdırmırıq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər