ÜST son sutkada koronavirusa yoluxanlar barədə məlumat yaydı
08
fev
2022
09:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 394 milyonu keçib.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, bu statistikaya yalnız yoluxanların və ölənlərin sayı barədə dövlətlər tərəfindən təqdim edilmiş rəsmi məlumatlar daxildir.
Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 milyon 235 min 694 yoluxma halı və 10 min 826 ölüm halı qeydə alınıb.
Hazırkı dövrədək koronavirusa 394 milyon 381 min 395 nəfər yoluxub. Onlardan 5 milyon 735 min 179 nəfəri vəfat edib.
Oxşar xəbərlər
Sərt karantin rejimi ilə bağlı daha bir AÇIQLAMA
Koronavirusa yoluxma sayı günü-gündən artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının həftəlik hesabatında bildirilib ki, son bir həftədə dünyada koronavirusdan ölə...