ÜST-dən Azərbaycandakı epidemioloji vəziyyətlə bağlı XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Qrip mövsümünün başlaması və havaların soyuması ilə birlikdə qapalı məkanlarda daha çox vaxt keçirilməsi epidemioloji vəziyyətə təsir göstərə bilər.
BAKU.WS xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, növbəti qrip mövsümü sürətlə yaxınlaşır:
"İndi ölkələrin qriplə bağlı vəziyyəti izləməsi, hər iki virusu əhatə edəcək şəkildə gündəlik epidemiyaya nəzarət sistemini yenidən qurması və gücləndirməsi çox vacibdir.
Bu il keçən ildəkindən fərqli olaraq COVID-19-dan ağır xəstələnmələrin və ölümlərin qarşısını almağa imkan verən peyvəndlərimiz var.
Peyvənd olunmaqla yanaşı, maska taxaq, əllərimizi təmiz saxlayaq, qapalı məkanları havalandıraq və fiziki məsafə saxlayaq.
Bu yolla biz yoluxmaların qarşısını ala, özümüzü və sevdiklərimizi qoruya bilərik".
Oxşar xəbərlər
Pandemiya nə vaxt bitəcək? - Hamının gözlədiyi suala cavab gəldi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi Hande Harmancı və qurumun Avropa üzrə regional direktoru Hans Henri P. Kluge koronavirus pandemi...