Universitetdən şortik geyinən tələbələrlə bağlı AÇIQLAMA

Universitetdən şortik geyinən tələbələrlə bağlı AÇIQLAMA
Sosial 1674
 

Azərbaycan Universitetində oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla gəlməyə qadağa qoyulmasına aydınlıq gəlib.

Universitetdən BAKU.WS-ə verilən məlumata görə, yayılan məlumatlar yalandır. 

Bildirilib ki, Universitetin direktorunun şortla gəlməyə qadağa qoyulması haqda göstərişi yoxdur. Qeyd olunub ki, ümumiyyətlə universitetdə tələbələrin xarici görünüşü və geyim qaydası yoxdur. 

Bir müddət əvvəl, İKT fakültəsində təhsil alan Əli Zeynallı bildirib ki, tələbələr universitetə daxil olmaq istəyəndə, şort geyinən tələbələri mühafizə əməkdaşları buraxmayıblar. 

İman

BAKU.WS

Son xəbərlər