UNICEF-dən 14 yaşlı Elinanın intihar etməsilə bağlı AÇIQLAMA
08
apr
2019
14:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"14 yaşlı Elinanın ötən həftəsonu boyunca çox sayda insanların emosiyalarını tarıma çəkən faciəvi taleyi bizə xatırladır ki, mənim rəhbərlik etdiyim təşkilat da daxil olmaqla, biz hamımız həssas uşaqlar üçün müdafiə və dəstək imkanlarının təmin edilməsini artırmaq üçün daha çox şey etməliyik". BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvard özünün sosial şəbəkədəki hesabında yazıb."Baxmayaraq ki, biz bu spesifik faciənin əsasında dayanan səbəblər barədə fərziyyələr yürütməməliyik, bununla belə risk altında ola biləcək hər bir uşağı qorumaq üçün ata biləcəyimiz addımlar var. Bura yaxşı təlim keçmiş uşaq məsləhətçilərinə, uşaq psixoloqlarına və sosial işçilərə investisiyaların artırılması və eyni dərəcədə əhəmiyyətli olan - risk altında olan uşaq və ailələrin ehtiyac duyduqları peşəkar xidmətlərlə və dəstəklə əlaqəsinin yaradılmasına imkan verən yönləndirmə və keyslərin idarə edilməsi sistemlərinin gücləndirilməsi daxildir.UNİCEF-in Azərbaycan Nümayəndəliyi hazırda təkmilləşdirilmiş yönləndirmə sistemlərinə əlavə olaraq, yeni sosial işçi proqramları hazırlamaqda və onları Azərbaycanın bir neçə rayonunda sınaqdan keçirməkdədir. Lakin elə bu gün mən kollektivimizdən xahiş etdim ki, bunu Azərbaycandakı uşaqları müdafiə fəaliyyətimizin mütləq prioritetinə çevirsinlər. Qarşısı alına biləcək yeni-yeni faciələri gözə ala bilmərik", - deyə Edvard Karvard əlavə edib.BAKU.WS
Oxşar xəbərlər
3-cü mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qaldı – VİDEO
Hindistanda möcüzə nəticəsində 3-cü mərtəbədən yıxılan uşaq sağ qalıb.BAKU.WS “lenta.ru”ya istinadən xəbər verir ki, ötən gün ehtiyatsızlıqdan 2 yaşlı uşaq pənc...