Azərbaycanda 11 yaşlı qız intihar etməyib: "...kəndir boğazına keçib"

Azərbaycanda 11 yaşlı qız intihar etməyib: ...kəndir boğazına keçib
Hadisə 1579
Zaqatalada 11 yaşlı qızın intihar etməsi ilə bağlı xəbər yayılıb.Hadisə barədə unikal.org-a açıqlama verən Danaçı kənd 1 nömrəli məktəbin direktoru Əsədəli Nəbiyev bildirib ki, 2008-ci il təvəllüdlü Gülnaz Şaban qızı Naqqayeva intihar etməyib:"Mərhumun ailəsinin yaşadığı mənzil kürsülüdür. Uşaq oynayan vaxt evə bitişik yığılan taxtaların üzərində tullananda ayağı ilişib, paltar asmaq üçün olan kəndir boğazına keçib. Uşaq kəndirdən qurtula bilmədiyi üçün dünyasını dəyişib. Daha sonra prokurorluq əməkdaşları da hadisə yerinə gəliblər. Aydın olub ki, bu intihar deyil. Naqqayev ailəsinin 4 övldaından biri olan Gülnaz Danaçı kənd 1 nömrəli orta məktəbin 4-cü sinif şagirdi olub".BAKU.WS

Oxşar xəbərlər

11 yaşlı qız intihar edib - Zaqatalada

11 yaşlı qız intihar edib - Zaqatalada

Zaqatalada 11 yaşlı qız intihar edib.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, martın 4-ü saat 23.00 radələrində rayonun Danaçı kəndində 2008-ci il təvəllüdlü Gü...

934 Hadisə 09:26 05 mart 2019

Son xəbərlər