Zaqatalada 4-cü sinif şagirdi intihar edib
28
fev
2018
23:02
Zaqatalada 4-cü sinif şagirdi intihar edib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib.Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.Hafiz Məmmədov Muxax kəndində fəaliyyət göstərən tam orta məktəblərdən birinin 4-cü sinif şagirdi idi.Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 19 yaşlı qız nişan günü intihar edib
Qaxda intihar olub.APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üzümlü kəndində qeydə alınıb. Kənd sakini, 19 yaşlı Sürəyya Əhməd qızı...