Aynur Sofiyeva: Sosial şəbəkələrdəki “verbovşiklər” ailələrə nüfuz edirlər
07
fev
2019
12:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Ailədəki problemlərin kökü araşdırılmalıdır. Reallıq odur ki, müəyyən problemlər var. Təəssüflər olsun ki, ailə institutu deformasiyaya məruz qalıb”.BAKU.WS xəbər verir ki, bunu Bakıda “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən konfransda Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.O qeyd edib ki, Avropada bəzi ailələrdə uşaq əvəzinə, heyvan saxlayırlar: “Bizə həmin yeni modelləri sırımaq istəyirlər. Biz proseslərə nəzər salsaq, Qərbdə ailə dəyərlərinin deformasiya olduğunu görmüş olarıq. Bu da demoqrafik problemlər yaradır. Onlar bu problemləri həll etmək əvəzinə, digər cəmiyyətlərə ötürmək yolunu seçirlər. Bəzi qüvvələr var ki, dünyanın bir nöqtədən idarə etməyə çalışırlar, buna müxtəlif yollarla cəhd edirlər. Amma onlar istəklərinə nail ola bilmədilər. Məqsəd milli dəyərləri qorumaq olmalıdır”.A.Sofiyeva qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar insan hüquqları adı altında hansısa fikirləri təbliğ edirlər: “Təəssüflər olsun ki, içimizdəki bəzi qruplar onları dəstəkləyir. Sosial şəbəkələrdə “verbovşiklər” konkret məqsədlərə xidmət edirlər. Bu şəbəkələr vasitəsilə hər bir ailəyə nüfuz edirlər. Onlar beyinlərə təsir göstərməyə çalışırlar. Azərbaycan ailələri buna necə hazırdır? Bizim ailələrin əsrlərdən bəzi dəyərləri var. Əlbəttə ki, zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bugünə qədər qoruyub saxlayıb. Məqsədimiz bunu gələcək nəsillərə ötürməkdir. Dövlət ailə məsələlərinə xüsusi diqqət yetirir. Bu istiqamətdə müxtəlif addımlar atılır. Biz ailə siyasətinin istiqamətinin vektorunu dəyişəcəyik, yəni yalnız həssas ailələrin deyil, bütün ailələrin sosial rifahının yaxşılaşması üçün addımlar atılacaq”.BAKU.WS
Oxşar xəbərlər
Hazırda 29 azərbaycanlı uşaq, 98 qadın və 112 qoca Ermənistanda girovluqdadır
“1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu uşaqlar təşkil edir”.BAKU.WS xə...