Ülkər Behbutovaya yüksək vəzifə verildi

Ülkər Behbutovaya yüksək vəzifə verildi
Sosial 302

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni kadr təyinatı baş tutub.

BAKU.WS Banker.az-a istinadən xəbər verir ki, Bu barədə bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf əmr imzalayıb.

Ülkər Behbutova 2025-ci ilin may ayından etibarən SOCAR-ın İstedadların idarə olunması və biznes tərəfdaşlığı departamentinin direktoru vəzifəsinə təyin edilib.

O, eyni zamanda 2024-cü ilin aprel ayından etibarən Azərbaycanda keçirilən COP29-da müvafiq vəzifədə çalışıb.

Bundan əvvəl, Ü.Behbutova "TT Technologies" şirkətində İnsan resursları departamentinin rəhbəri (2022–2024-cü illərdə), "SOCAR AQS"də İstedadların cəlb olunması şöbəsinin müdiri (2020), "Anglo Asian Mining"də İnsan resursları və İstedadların inkişafı şöbəsinin rəhbəri (2018–2020), "SOCAR-KBR"də İnsan resursları şöbəsinin müdiri (2017–2018), "Bakı Şəhər Halqası Əməliyyat Şirkəti" şirkətində İnsan resursları və işə qəbul meneceri (2015–2017) və BP şirkətində İnsan resursları üzrə mütəxəssis (2014–2015) vəzifələrində çalışıb.

O, həmçinin "Intertek", "AzerTelecom", "Wood Group PSN" və "KBR" kimi beynəlxalq şirkətlərdə də insan resursları sahəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

Behbudova Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə MBA dərəcələrinə yiyələnib.

Son xəbərlər