Türkiyədə daha 76 nəfər koronavirusdan ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 76 nəfər ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən belə bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 139 103 şübhəli koronavirus testindən keçib, onlardan 2302-nin cavabı pozitiv çıxıb, 1521 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2341 nəfər olub. İndiyədək 327 007 nəfərin müalicəsi başa çatıb.
Türkiyədə ümumilikdə 379 775 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 402 nəfər ölüb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə son sutkada koronavirusdan daha 76 nəfər ölüb
Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 76 nəfər dünyasını dəyişib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naz...