Türkiyə iki koronavirus vaksinini sınaqdan keçirir
02
sen
2020
23:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə hakimiyyəti yaxın vaxtlarda Rusiyada istehsal edilmiş koronavirus əleyhinə vaksinin sınaqlarına icazə verə bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
"Biz Rusiyada hazırlanan vaksinin sınaqları ilə bağlı sorğunu aldıq. Düşünürəm ki, yaxın vaxtlarda buna icazə veriləcək. Bundan başqa, hazırda ölkədə iki yerli vaksinin sınaqları keçirilir", - Koca jurnalistlərə deyib.
O əlavə edib ki, belə sınaqlar Türkiyədə yalnız könüllülər üzərində keçirilir.
Oxşar xəbərlər
Türkiyədə koronavirusa qarşı 13 vaksin hazırlanır
Türkiyədə yeni növ koronavirusa (COVİD-19) qarşı 13 fərqli vaksinin hazırlanması üzrə işlər aparılır. BAKU.WS-in verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə...