Turisti quru sərhədlə Gürcüstana aparacağını deyərək aldatdı - 200 dollarını aldı

Bakıda əcnəbi vətəndaşa qarşı xuliqanlıq hərəkəti etmiş taksi sürücüsü həbs edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verib.
Taksi sürücüsü kimi fəaliyyət göstərən Qazax rayon sakini 1988-ci il təvəllüdlü Rafiq Məmmədli Misir Ərəb Respublikasının vətəndaşı Əhməd Vahbaya yaxınlaşıb və taksi lazım olub-olmadığını soruşub.
Ərəb turist isə Gürcüstana getmək istədiyini və buna görə köməklik göstərilməsini xahiş edib. Azərbaycanın quru sərhədlərinin bağlı olduğunu bilən Rafiq isə əcnəbi vətəndaşın Ağstafaya gedərək oradan Gürcüstana keçə biləcəyini deyib. Bu məqsədlə o, Əhməddən 200 dollar alıb və maşınla Bakı Beynəlxalq Avtovağzalına gətirərək oradan Qazaxa sərnişin daşıyan Pərviz (şərti) adlı sürücüyə təhvil verib.
Xəyal da Əhməd Vahbanı Qırmızı Körpü keçid məntəqəsinə kimi apararaq düşürüb. Lakin burada sərhəddən keçməyin mümkün olmadığını öyrənən Misir vətəndaşı 70 dollar verərək geriyə-Bakıya qayıdıb. O, daha sonra başına gələnlərlə bağlı polisə müraciət edib.
Həyata keçirilən tədbirlərlə Rafiq adlı şəxs saxlanılıb və barəsində inzibati protokol tərtib edilib.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə o, 8 sutkalıq inzibati həbs edilib.

Oxşar xəbərlər
Şadlıq evləri toy sahibinə qəbz təqdim edəndə qiymətlər daha yüksək olur?
Şadlıq evlərində 200-300, hətta 500 və min nəfərlik toylar edilir. Maraqlısı odur ki, nağd və ya nağdsız formada toy sahibindən ödəniş alınarkən qəbz təqdim edə...