Tovuzda toyu təxirə düşən 14 yaşlı qız danışdı
Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan qız danışıb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, N.Əsgərova açıqlamasında toy mərasiminin keçirilmədiyini deyib:
"Sadəcə "Hə" mərasimi keçirilirdi. Toy və ya nişan olmayıb. Ailə quracağım bəylə dağda tanış olmuşdum. Anası-atası da bilirdi. "Hə" almağa gəlmişdilər, o da baş tutmadı".
N.Əsgərova oğlan evi tərəfdən cəmi beş-altı nəfərin gəldiyini deyib: "Qeyd elədiyim kimi, "hə" almağa gəlmişdilər, mərasim də bu münasibətlə keçirilirdi. Yaşım 18-ə çatanadək məni gözləyəcəkdilər. Yaşım tamam olduqdan sonra toyumuz olacaqdı".
N.Əsgərova həmçinin bildirib ki, təhsil almaq arzusu olub, amma imkansızlıqdan təhsilinə davam edə bilməyib:
"Mahir Ələkbərov adına Öysüzlü kənd tam orta məktəbində oxuyurdum. Altıncı sinifdən çıxmışam. Səbəb imkansızlıq oldu. Təzədən yenə məktəbə müraciət etdim, qəbul eləmədilər, dedilər, bu məktəbdə yer yoxdur".
Oxşar xəbərlər
Eldar Əzizov: "Paytaxtımız vəzifəsinin öhdəsindən layiqincə gələcək"
"Görülən yüksəksəviyyəli işlərin nəticəsidir ki, Bakı "Dünya İdman Paytaxtı" elan olunub". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakim...