Bakı metrosunun Yaşıl və Qırmızı xətlərinin ayrılması ilə bağlı görülən işlər açıqlanıb

Bakı metrosunun Yaşıl və Qırmızı xətlərinin ayrılması ilə bağlı görülən işlər açıqlanıb
Sosial 75

"Bakı Metropoliteni" QSC-nin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində indiyə qədər tunelin 63 metrlik hissəsində qazma işləri icra olunub.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında səhmdar cəmiyyətinin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib.

O xatırladıb ki, layihə çərçivəsində ümumi uzunluğu 211 metr olan tunel qazılmalıdır: "İşlər planlı şəkildə, qrafikə uyğun olaraq davam etdirilir".

Metro rəsmisinin sözlərinə görə, Qırmızı və Yaşıl xətlərin uzadılması kompleks layihədir:

"Belə layihəni beynəlxalq maliyyə təşkilatları maliyyələşdirir və layihə bazasında artıq proseslər davam edir. Yəni tender prosesinə hazırlıq gedir. Qalibi elan olunduqdan sonra tikinti işlərinə başlanılacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər