Tovuzda qidadan zəhərlənən 36 nəfər evə buraxılıb
Tovuz rayonunda dönərdən zəhərləndiyi ehtimal edilən 36 nəfərə tibbi yardımlar göstərilib və daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.
Artıq "022" dönər evində agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Evdə işləyənlərdə ən çox bu ağrılar yaranır
Evdən işləyən insanlar uzun müddət hərəkətsiz vəziyyətdə kompüter qarşısında qaldıqları üçün daha çox bel və diz ağrılarından əziyyət çəkə bilərlər. BAKU.WS xəb...