Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI
Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.
BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlarının sözlərinə görə, onların səhhətlərində dönər yedikdən sonra ciddi narahatlıq yaranıb.
"Dönərin yarısını yemişdilər, uşaq bir anda göyərdi, dayanmadan qusmağa başladı. Tez-tələsik xəstəxanaya apardıq. İki sistem qoşublar, amma hələ də özünə gəlməyib", - deyə zərərçəkənin yaxını bildirib.
Digər zərərçəkənin nənəsi isə deyib ki, nəvəsi məktəbin yaxınlığında yerləşən dönərxanadan dönər sifariş verib. Yedikdən sonra özünü pis hiss edib və qusmağa başlayıb.
"Xəstəxanada dedilər ki, bu gün zəhərlənmə diaqnozu ilə müraciət edənlərin sayı çoxdur", - o əlavə edib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Sabah Abşeronun bir hissəsində qaz kəsiləcək
İyulun 30-da Abşeron rayonunun bir hissəsində qaz kəsiləcək. Bu barədə BAKU.WS-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, təmir-quraşdı...