Töhmət alan Fuad Nağıyev istintaqa çağırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev istintaqa çağırılıb.
BAKU.WS xəbər verir ki, Lent.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb ediliblər.
"Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır", - deyə mənbə bildirib.
Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət elan edilib.
Xatırladaq ki, F. Nağıyevin rəhbərlik etdiyi agentlikdə xidməti yazışmaların sızdırılması bildirilib. Şiddətli töhmətin də buna görə verildiyi qeyd edilib. Artıq qurumun Aparat rəhbəri Kənan Qasımov vəzifədən kənarlaşdırılıb.
Oxşar xəbərlər
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
"2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, Bakı metropolitenində 10 yeni stansiyanın inşası planlaşdırılır". Bu barədə BAKU.WS-in sorğusun...