İtkin düşən yol polisinin taleyi necə olacaq? - DİN-dən açıqlama

İtkin düşən yol polisinin taleyi necə olacaq? - DİN-dən açıqlama
Sosial 3346

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən yoxa çıxdığı və sonradan tapıldığı barədə xəbər vermişdik. 

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov virtualaz.org-a bildirib ki, böyük ehtimalla DYP əməkdaşı Əliş Kərimov yol verdiyi səhlənkarlığa görə işdən çıxarılacaq.

Qeyd edək ki, DYP əməkdaşının böyük məbləğdə borclu olduğuna görə gizləndiyi bildirilir. Onun qumar oyunlarında uduzduğu iddia olunur.

BAKU.WS

Oxşar xəbərlər

İtkin düşən yol polisi tapıldı - "Topaz"da xeyli pul uduzub

İtkin düşən yol polisi tapıldı - "Topaz"da xeyli pul uduzub

Bu gün mətbuatda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin y...

21571 Hadisə 20:42 04 fevral 2017

Son xəbərlər