İtkin düşən yol polisi tapıldı - "Topaz"da xeyli pul uduzub
Bu gün mətbuatda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə getdiyi və yoxa çıxdığı barədə xəbər yayılıb.
Bu barədə BDYPİ-dən "qafqazinfo”ya daxil olan məlumata görə, itkin polis artıq tapılıb və idarəyə gətirilib. Məlum olub ki, o, fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə gedib və bu gün evlərinə qayıdıb. Ə.Kərimov axtarıldığından xəbərsiz olub.
Avtosfer.az-ın məlumatına görə, xidməti avtomobili küçədə nəzarətsiz qoyan, rəhbərliyə məlumat vermədən xidmət yerini tərk edən həmin polisin xeyli miqdarda borcu varmış. Eyni zamanda, Topaz-da da külli miqrdarda pul uduzub. Artıq onun daxili işlər orqanlarından xaric edilməsi məsələsi müzakirə olunur.
Ə.Kərimov YPX əməkdaşı deyil, o, DYP-nin növbətçi hissəsində sürücü işləyir. Polis serjantıdır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yol polisi yoxa çıxıb - Axtarılır
Azərbaycanda yol polisi yoxa çıxıb. BAKU.WS xəbər verir ki, bu haqda məlumatı Vətəninfo.az saytı yayıb. Daxili İşlər Nazirliyindən saytın sorğusuna cavab olara...