Bakıya maşın almağa gələn şəxs yoxa çıxdı

Bakıya maşın almağa gələn şəxs yoxa çıxdı
Hadisə 1577
 

Bakıya avtomobil almağa gedən Kürdəmir sakini itkin düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-ya itkin düşən şəxsin qardaşı İlqar Cəbrayılov məlumat verib.

Onun sözlərinə görə, qardaşı, 1973-cü il təvəllüdlü Vüqar İsrail oğlu Cəbrayılov 10 gün əvvəl avtomobil almaq üçün Bakı şəhərinə gedib. Bir neçə gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində bacısının evində qalan V. Cəbrayılov istədiyi avtomobili tapa bilməyib.

Oktyabrın 13-də o, rayona qayıtmaq adı ilə evdən çıxıb. Həmin vaxtdan ondan xəbər yoxdur.

Qardaşının dediyinə görə, V.Cəbrayılovun üstündə 5 min manat olub. Ailə üzvləri onun itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin "102” xidmətinə, Sabunçu rayon Polis İdarəsinə və Kürdəmir rayon Polis Şöbəsinə məlumat veriblər.

BAKU.WS

Oxşar xəbərlər

Bacısının əri ilə Bakıya qaçan qızın izinə düşdülər

Bacısının əri ilə Bakıya qaçan qızın izinə düşdülər

Sentyabrın 23-dən Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın itkin düşməsi ilə bağlı axtarışlar davam etdirilir. Bbu barədə Trend-ə Cəlila...

3196 Hadisə 10:58 05 oktyabr 2016

Son xəbərlər