“TikTok”da faydalı YENİLİK
Yeniliklərdən dərhal xəbərdar olun
“TikTok” sosial şəbəkəsi istifadəçilərə bütün asudə vaxtlarını tətbiqdə sərf etməmək üçün gördüyü tədbirləri açıqlayıb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, onlar artıq gündəlik ekran vaxtı məhdudiyyətlərini təyin edə bilərlər.
Bir neçə həftədən sonra isə “TikTok”da keçirdikləri vaxtın miqdarına nəzarət edə biləcəklər.
Yeni seçim ekran vaxtında müntəzəm fasilələr təyin etməyə imkan verəcək. Tətbiq istifadəçilərə nə vaxt fasilə verməli olduqları barədə xəbərdarlıq edəcək.
Bundan əlavə, tətbiqi bir gündə 100 dəqiqədən çox istifadə edən 13-17 yaşlı “TikTok” istifadəçiləri proqramı növbəti dəfə açdıqda ekran vaxtı limiti təyin etmək üçün xatırlatma alacaqlar.
Qeyd edilir ki, 2022-ci ilin birinci rübündə “TikTok” dünyada ən çox yüklənən proqram olub.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...