Təhsil Nazirliyindən döyülən şagirdlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən döyülən şagirdlə bağlı AÇIQLAMA
Sosial 1259
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün müəllimi tərəfindən döyülən Bakının Qaradağ rayonunda yerləşən 321 nömrəli tam orta məktəbin şagirdi Aqşin Hüseynzadəyə baş çəkib. BAKU.WS xəbər verir ki, bu barədə C. Valehov məlumat yayıb:"Hazırda Kliniki Tibbi Mərkəzinin 4-cu korpusundayam. 321 nömrəli məktəbin 7-ci sinif şagirdi Aqşin Hüseynzadəyə baş çəkdim. . Hüseynzadə evlərinə gedir. Həkimlərin rəyinə görə, sağlamlığı ilə bağlı xüsusi problem yoxdur. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək. Hazırda istintaq gedir". Qeyd edək ki, 321 nömrəli tam orta məktəbdən mətbuata verilən açıqlamada bildirilir ki, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib.Aqşinin yerləşdirildiyi 1 Saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) verilən açıqlamada isə onun döyüldüyü öz təsdiqini tapıb. Belə ki, xəsarət alan məktəblini xəstəxanaya gətirən ata uşağının döyüldüyünü bildirib.Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər