Bakıda şagirdin müəllimi tərəfindən döyülməsi xəbərinə RƏSMİ cavab

Bakıda şagirdin müəllimi tərəfindən döyülməsi xəbərinə RƏSMİ cavab
Hadisə 1120
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 321 nömrəli tam orta məktəbdə şagirdin müəllimi tərəfindən döyülməsi xəbərinə rəsmi münasibət bildirilib.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin halı pisləşdiyi üçün başı dəyib: "Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib".Məlumatda bildirilir ki, şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib.BAKU.WS

Son xəbərlər