3-cü sinif şagirdinin intihar cəhdi araşdırırılacaq - Dini Komitə
11
okt
2018
14:21
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda valideynlərinin hansısa dini təriqətin təsiri altında olduğu deyilən şagirdin özünü məktəb binasının 3-cü mərtəbəsindən atmaq cəhdi ilə bağlı araşdırma aparacaq.BAKU.WS trend-ə istinadən xəbər verir ki, Dövlət Komitəsindən bildirilib ki, bu barədə komitədə hələ rəsmi məlumat yoxdur: "Amma Dövlət Komitəsi tərəfindən bu məsələ araşdırılacaq".Qeyd edək ki, Bakıda 302 nömrəli məktəbin 3-cü sinif şagirdi oktyabrın 10-u saat 08:48 radələrində, tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Məktəbdən verilən məlumata görə, şagirdin valideynləri dini təriqətin təsiri altındadırlar.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 3-cü sinif şagirdi məktəbdə intihar etmək istədi
Bu gün səhər saatlarında 302 nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib.BAKU.WS xəbər verir ki, məktəbdən “qafqazinfo”ya daxil olan məluma...