Şagird onu müəllimin döydüyünü TƏSDİQLƏDİ - Yeni məktəb QALMAQALI
12
apr
2019
14:15
"321 nömrəli tam orta məktəbin VII sinif şagirdi əvvəlcə özünü pis hiss etdiyini desə də, sonradan müəllim tərəfindən döyüldüyünü bildirib".BAKU.WS xəbər verir ki, bu barədə Lent.az-a 1 Saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) məlumat verilib.Xəbərdə qeyd olunub ki, uşağın onunla birlikdə gələn atası da övladının döyüldüyünü deyib: “Uşaqla birlikdə 5-6 adam gəlmişdi. Təhsil Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları da xəstəxanada idi. Uşağın müayinələrini apardıq. Vəziyyəti normal idi, amma xəstəxanada nəzarət altında qalmasını tövsiyə etsək də, atası imza ataraq övladını apardı”: - deyə xəstəxanadan bildirildi.Məsələ ilə bağlı 321 nömrəli tam orta məktəbdən Lent.az-a verilən məlumatda qeyd olunur ki, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Qeyd olunub ki, sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal şagirdin valideynlərinə də məlumat verilib."Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib".Bildirilir ki, şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn bununla bağlı dəfələrlə həkimə müraciət edib.BAKU.WS
Oxşar xəbərlər
Bakıda şagirdin müəllimi tərəfindən döyülməsi xəbərinə RƏSMİ cavab
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 321 nömrəli tam orta məktəbdə şagirdin müəllimi tərəfindən döyülməsi xəbərinə rəsmi münasibət bildirilib...