Təhsil Nazirliyi "Müəllimlər otağı"nı təqdim edib (FOTO)

Təhsil Nazirliyi Müəllimlər otağını təqdim edib (FOTO)
Sosial 3828
Təhsil Nazirliyinin dəstəyi ilə hazırlanan www.muellimlerotagi.az veb səhifəsi təqdim edilib.BAKU.WS-in məlumatına görə, təqdimatda tanınmış ziyalılar, təhsil ekspertləri, valideyn və şagirdlər iştirak ediblər.Layihə rəhbəri Zülfiyyə Aslanbəyli “Müəllimlər otağı”nın müəllimlərin təcrübə mübadiləsini təşkil etmək və təlim-tədris metodlarını bir arada toplamaq məqsədi daşıdığını qeyd edərək bildirib ki, məqsədə çatmaq üçün yerli və əcnəbi müəllimlərin təcrübələri öyrənilib, onların təlim-tədris metodları toplanıb. Eləcə də müəlimlər saytdakı forumdan istifadə edərək təcrübələrini bir-biriləri ilə paylaşa bilər.Təqdimatda çıxış edən əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev, M.Ə.Sabir Fondunun prezidenti Sevda Tahirli, 36 nömrəli məktəbin direktoru Emilya Səfərəliyeva və digərləri layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, müəllimlərin inkişafı və əməkdaşlığı üçün təcrübə mübadiləsinin paylaşılmasına çox böyük ehtiyac var. Təhsil metodları təhsilin şah damarıdır və layihənin də məqsədlərindən biri tədris metodlarını bir araya gətirmək olduğu üçün bu layihənin əhəmiyyətini daha da artırır.Tədbirdə şagirdlərin hazırladığı “Təhsildə nəyi daha yaxşı görmək istəyirəm?” sualına cavab verən qısa tamaşa da nümayiş olunub və tədbir iştirakçılarının böyük marağına səbəb olub.Məlumat üçün bildirək ki, Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi çərçivəsində hazırlanan “Müəllimlər otağı” layihəsinin rəhbəri, Bakı şəhəri 36 nömrəli məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Aslanbəyli, koordinatoru isə Şimali Kipr Doğu Akdeniz Universitetinin Təhsilin idarə olunması kafedrasının magistirantı Cəfər Mənsimidir.“Müəllimlər otağı”nda şagirdlər müəllimləri və bəyəndikləri dərs metodları haqqında fikirlərini də paylaşıblar. Bunun üçün şagirdlər “Hansı dərs daha çox diqqətinizi çəkir? Niyə?” suallarına cavab veriblər.Platformada məzunların da fikirlərinə yer verilib. Bu məqsədlə onlar ən çox bəyəndikləri dərsdən və bunun səbəbindən söhbət açıblar.Onu da qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Təhsil Nazirliyi tərəfindən dövlət ümumtəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan olunub. Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.BAKU.WS

Oxşar xəbərlər

5000-ə yaxın müəllimin əməkhaqqı artacaq - RƏSMİ

5000-ə yaxın müəllimin əməkhaqqı artacaq - RƏSMİ

“Bu il müsabiqə yolu ilə müəllimlik adını qazanan namizədlərin maaşları artımla veriləcək”.Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşq...

1812 Sosial 11:02 24 avqust 2017

Son xəbərlər