Təqaüd artımları 160 mindən çox tələbəni əhatə edəcək - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin tələbə təqüdləri ilə bağlı imzaladığı müvafiq Sərəncam və Fərmanı 160 mindən çox tələbəni əhatə edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təqaüd məbləğlərinin artımı doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələri əhatə etməklə, ümumilikdə 160 mindən çox tələbəyə şamil ediləcək:
"Prezident təqaüdü üzrə artımı isə 200-dən çox tələbəni əhatə edəcək".
Qeyd edək ki, iyulun 24-də Prezident İlham Əliyevin sərəncam və fərmanları ilə tələbə təqaüdlərinin məbləği artırılıb.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...