“Teleqüllə” yaxınlığındakı çatlar genişlənə bilər

08
yan
2018
21:28
Atmosfer yağıntılarının təsiri nəticəsində “Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında yaranan çatlar genişlənə bilər.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.Onun sözlərinə görə,ərazidə eni 20 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb. Çatın görünən dərinliyi 6-7 metrdir.R.Həsənov qeyd edib ki, "Teleqüllə” sürüşmə sahəsində çatların yaranmasına əsas səbəb atmosfer yağıntıları, eyni zamanda texnogen amillər - sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi və bunun nəticəsində onun dayanıqlılığının zəifləməsidir: "Burada aktivləşmə son aylar ərzində qeydə alınıb. Ancaq atmosfer yağıntılarının təsirindən burada aktivlik yarana, çatlar genişlənə bilər. Çünki ərazidə açıq sahə çoxdur. Sahədəki 6-7 metr dərinlikdə olan yerə güclü yağış yağarsa, prosesin dinamikasında ciddi dəyişiklik ola bilər".R.Həsənov ərazidə hazırda tikinti işlərinin aparılmadığını, sadəcə olaraq, çoxdan aparılan bu işlər nəticəsində yamacın dayanıqlılığının kəsildiyini də nəzərə çatdırıb.Nazirlik rəsmisi qeyd edib ki, “Teleqüllə” sürüşmə sahəsində prosesin qarşısını almaq üçün görülməsi ən vacib olan tədbir istinad divarının tikilməsidir.BAKU.WS

Oxşar xəbərlər
Teleqüllə təhlükədə: Ciddi çatlar əmələ gəlib - VİDEO
"Teleqüllə"nin yaxınlığında 60-70 metr uzunluğunda çatlar yaranıb.BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, aktivlik "Teleqüllə" sürüşmə sahəsində-teleqüllədən...