“Telegram”da fişinq hücumlarının sayı artıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Telegram”da fişinq (phishing) hücumlarının sayı artıb.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, “Angara Security” adlı şirkətin vermiş olduğu məlumata əsasən bu ilin birinci yarısında ‘Telegram”da hücumların sayı 5000-ə çatıb.
2023-cü ilin əvvəlində başlamış bu ciddi artım messencerin milyonlarla istifadəçisini təhlükə altına atır.
Bildirilir ki, keçən ilin yaz fəsli ilə müqayisədə, bu ilin yay aylarında “Telegram”la bağlı saxta saytların sayı 10% çoxalıb.
Qeyd edək ki, “Telegram” qlobal olaraq pulsuz, kross platforma, bulud əsaslı ani mesajlaşma xidmətidir. Xidmət ucdan-uca şifrələnmiş söhbətlər və videozənglər, "VoIP", fayl paylaşımı və bir sıra digər funksiyalar təqdim edir.
O, “İOS” üçün 14 avqust 2013-cü ildə, “Android” üçün 2013-cü ilin oktyabrında istifadəyə verilib. “Telegram” serverləri məlumat yükünü azaltmaq üçün müxtəlif bölgələrdəki beş məlumat mərkəzi ilə bütün dünyaya yayılıb. Əməliyyat mərkəzi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yerləşir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...